67 yaşlı qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar veriləcək


  • 25 Yanvar 2023 16:05

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Ruslan Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. İş hakim Zaur Tağıyevin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə Bakının Xəzər rayonunda baş verib. Belə ki, Mirzəyev Ruslan Ələm oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən 67 yaşlı Esmira Əliyevanı vurub. Ağır xasarət alan piyada hadisə yerində keçinib.

Eltac Nurullazadə

Oxşar xəbərlər