- 13:21
Bakıda oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən e-huquq.az-a bildirilib ki, Binəqədi rayonu ərazisində yerləşən müəssisələrdən birinin həyətindən 8000 manat dəyərində dəmir lövhələrin oğurlanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Vaqif Bayramov və Cavid Baxşeyiş müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.