Salyanda yol qəzası oldu, xəsarət alanlar var


  • 21 Fevral 16:46

Salyan rayonunda yol qəzası olub, xəsarət alanlar var.

E-huquq.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının 18-ci kilometrliyində, rayonun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21010"markalı avtomobil anidən idarəetməni itirib, yolun kənarına aşıb. İlkin məlumata görə, hadisə nəticəsində Cəlilabadda olan 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər