“Maşın bazarı”nda 4 mağaza yandı - YENİLƏNDİ


  • 13 Aprel 16:39

Bakı şəhərinin Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın nəticəsində ümumi sahəsi 400 kv.m. olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan 4 ədədi 48 kv.m. sahədə yanıb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, digər mağazalar yanğından mühafizə olunub.

***

14.50

Bakı şəhərinin Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidəki yanğının geniş sahəyə yayılmasına imkan verilməyib.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Maşın bazarı”ndakı yanğın qısa müddətdə tam söndürülüb.

***

14.25

Bakının Xətai rayonu, Babək prospektində mağaza yanır.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd edilib ki, hazırda nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğınsöndürmə işləri həyata keçirilir.

Oxşar xəbərlər