- 14 Oktyabr 23:20
Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
E-huquq.az xəbər verir ki, hadisə 22:30 radələrində Lənkəran şəhəri ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran şəhər sakini 1981-ci il təvəllüdlü Şahin Vilayət oğlu Əsgərov Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib.
Ona ilkin tibbi yardım göstərilib və döş qəfəsinin sol payının deşilmiş-kəsilmiş yaraları diaqnozu qoyularaq, əməliyyat blokuna alınıb. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.