İşəgötürən işçini cərimələyə bilərmi?


  • 17:26

Əmək münasibətləri çərçivəsində işəgötürənlə işçi arasında hüquq və vəzifələr qarşılıqlı şəkildə müəyyən olunur. Lakin bəzən işçinin vəzifə borcunu yerinə yetirməməsi və ya daxili intizam qaydalarını pozması hallarında işəgötürən müəyyən tədbirlər görmək istəyə bilər.

Bu zaman ortaya çıxan əsas suallardan biri budur: İşə gecikdikdə, verilən tapşırığı yerinə yetirmədikdə və ya iş yerində hər hansı digər səhlənkarlığa yol verildikdə işəgötürən işçini cərimələyə bilərmi?

E-huquq.az xəbər verir ki, vəkil Vamiq Şükürov suala aydınlıq gətirib.

“Qanunvericiliyə əsasən, işçinin əmək haqqısında cərimə tutulması üçün işçi ilə işəgötürən arasında kollektiv müqavilə bağlanmalıdır və kollektiv müqavilədə işçilərin əmək haqqından cərimələrin tutulması qaydası göstərilməlidir. Məsələn, işçi işə gecikdikdə cərimə hansı formada tutulmalıdır, nə qədər faizlə tutulmalıdır göstərilməlidir və s. qeyd olunmalıdır”, - deyə Ş. Vamiq bildirib.

Vəkil eyni zamanda qey edib ki, kollektiv müqavilədə cərimələr nəzərdə tutulmadıqda və bu cərimələr minimum əmək haqqının beşdə birindən çoxdursa, işçinin əmək haqqından cərimə tutula bilməz.

Humay Eminqızı

Oxşar xəbərlər