Ev heyvanı saxlayanların nəzərinə - Bu halda cərimələnə bilərsiz!


  • 22 İyul 23:47

Şəhər şəraitində üç pişik saxlamaq qanun pozuntusu hesab olunur və bu, cərimə ilə nəticələnə bilər.

E-huquq.az xəbər verir ki, bu barədə vəkil Vamiq Şükürov məlumat verib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə əsasən, şəhərdə bir ailə maksimum iki pişik və ya bir it saxlaya bilər.

“Əgər itinizin balaları olubsa və ya sizə əlavə ev heyvanı hədiyyə edilibsə, bu zaman say həddini aşmamaq üçün həmin heyvanları ya sığınacağa təhvil vermək, ya da başqa bir şəxsə hədiyyə etmək lazımdır,” - deyə vəkil bildirib.

Vamiq Şükürov əlavə edib ki, say həddinin pozulması inzibati xəta sayılır və buna görə vətəndaş 200 manat məbləğində cərimələnə bilər.

Bundan əlavə, vəkil qeyd edib ki, ev heyvanlarının saxlanılması nəticəsində pis qoxu yayılması, ətraf mühitin çirklənməsi və ya qonşulara narahatlıq yaradılması hallarında da qanun pozuntusu baş verir. Bu kimi hallar da 200 manat cərimə ilə nəticələnə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər