Konstitusiya Məhkəməsində Könüllü Proqramında iştirak edən gənclərə sertifikatlar təqdim edildi


  • 4 Avqust 2022 12:16

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində könüllü olaraq fəaliyyətə cəlb edilən bir qrup gəncə sertifikatlar verilib.

E-huquq.az xəbər verir ki, “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq, könüllü kimi iki ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar təqdim edilib.

Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçmiş, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, həmçinin vətəndaşların ərizə, məktub və şikayətlərinin öyrənilməsi prosesi ilə yaxından tanış olublar.

Oxşar xəbərlər