"Hakim adına layiq olmayan şəxslər məhkəmə sistemindən kənarlaşdırılırlar"


  • 22 Noyabr 2022 13:01

"Hakimlərin məsuliyyət hissinin artırılması məsələlərinə böyük önəm verilir, hakim adına layiq olmayan şəxslər məhkəmə sistemindən kənarlaşdırılırlar".

E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

Onun sözlərinə görə, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı qaydalara əsasən, Məhkəmə-Hüquq Şurası tərəfindən 300-dən çox hakimin işi qiymətləndirilib: "30 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilib, onlardan 10 hakimin səlahiyyətlərinə artıq xitam verilib".

F.Məmmədov vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər ədliyyə və məhkəmə sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə, ictimai etimadın və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Oxşar xəbərlər