Sumqayıtda ədliyyə işçilərinin peşə bayramı qeyd olundu - FOTO


  • 22 Noyabr 2022 19:00

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı münasibətilə Sumqayıt şəhərində fəaliyyət göstərən məhkəmələrin hakimlərinin və aparat işçilərinin, Sumqayıt şəhər rəhbərliyinin, Sumqayıt Regional Ədliyyə İdarəsinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənəd və foto şəkillərlə və mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Oxşar xəbərlər