İşdən qanunsuz çıxarıldığını iddia edən şəxs təhsil idarəsini məhkəməyə verdi


  • 25 Yanvar 2023 12:14

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məhkəməyə verilib.

E-huquq.az-ın məlumatına görə, iddiaçı Sərdar Həsənov işdən qanunsuz çıxarıldığını bildirərək, işə bərpa edilməsini və əmək haqqının ödənilməsini istəyir.

Şikayətə Nərimanov Rayon Məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə

Oxşar xəbərlər