Bakıda 10 mənzildən oğurluq etməkdə ittiham edilən şəxsin məhkəməsi başlayır


  • 26 Yanvar 2023 15:11

Oğurluqda ittiham edilən Tərlan Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, T. Abbasov barəsində toplanan materiallar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

İş hakim Aynur Abdullayevanın sədrliyi ilə araşdırılacaq.

Məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

Eltac Nurullazadə

Oxşar xəbərlər