Bakıda sərxoş vəziyyətdə atasını döyüb öldürən keçmiş məhkumun məhkəməsi başlayır


  • 26 May 2023 17:42

Bakıda atasının ölümündə təqsirləndirilən Azər İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələllik məlum deyil.

Qeyd edək ki, hadisə yanvarın 8-də Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş Azər İbrahimov sərxoş vəziyyətdə atası İbrahim İbrahimovu döyüb. İ.İbrahimov yanvarın 12-də xəstəxanada ölüb. A.İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər