"City Construction" cərimələndi


  • 3 İyun 2023 12:13

"City Construction" şirkəti valyuta tənzimi qaydalarını pozduğuna görə cərimələnib.

E-huquq.az xəbər verir ki, şirkət barədə Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib. İş hakim Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Protokol tərtib olunarsa, "City Construction" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər