- 11 Sentyabr 17:59
“Silk Way Aviaşirkəti” MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Silk Way Aviaşirkəti” min iki yüz manat məbləğində cərimə oluna bilər.
Şəbnəm Mehdizadə