Şəkidə narkotiklə tutulan şəxslərin məhkəməsi başlayır


  • 21 Noyabr 2023 16:05

Şəkidə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Faiq Mustafayev, Elman Şirinov və Alim Cabbarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Tural Əfəndizadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən Şəki rayonunda keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan, əvvəllər məhkum olunmuş Alim Cabbarov, Elman Şirinov və Faiq Mustafayev saxlanılıb. Onlardan ümumi çəkisi 4 kiloqram 450 qram olan müxtəlif narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər