142 minlik dələduzluqda təqsirləndirilən şəxsə hökm oxundu


  • 23 May 18:18

Bakıda dərman biznesi adı altında vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Raul Əliyevə hökm oxunub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Rauf Malışov məhkəmədən təqsirləndirilən şəxsin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Raul Əliyev paytaxt sakinləri Vadim Timaşova 127 min manat, Nəsimi Süleymanova isə 15 min manat dələduzluq edib.

Belə ki, Raul Əliyev özü aptek sahibi olduğundan adları çəkilən vətəndaşlar dərman biznesinə qoşulmağı təklif edib. Onlara topdan ucuz qiymətə dərmanı alıb baha qiymətə satacağı və əldə olunan gəlirlərdən onlara da pay verəcəyini inandırıb.

İbtidai istintaq dövründə təqsirləndirilən şəxs zərərçəkmişlərdən Vadim Timaşova vurduğu ziyanın - 127 min manatdan 44 mini ödəyib.

Ona qarşı 178.3.2-ci Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsində ittiham irəli sürülüb.

Xatırladaq ki, Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Raul Əliyev Rusiya Federasiyasından ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib.

Belə ki, Raul Əliyevin külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Bu ilin yanvarın 24-də qeyd olunan şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər