Şirvanda evlərdən oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 19 İyul 2024 17:30

Şirvanda evlərdən oğurluq etməkdə təqsirləndirilən Vüsal Həşimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Hakim Aydan Məmmədlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası iyulun 25-də baş tutacaq.

Qeyd edək ki, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Həşimov ümumilikdə 6 ev və obyektdən oğurluqlar edərək zərərçəkmişlərə 5000 manatdan artıq maddi ziyan vurmaqda təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər