Sevgilisinin qətlində təqsirləndirilən şəxsin məhkəməsi başlayıb


  • 15 Avqust 16:14

Bakıda sevgilisini qısqanclıq zəminində qətlə yetirməkdə təqsirləndirilən Səbuhi Qürbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxsin vəkili üzürlü səbəbdən prosesdə iştirak etmir. Bu səbəbdən proses avqustun 16-na təyin edilib.

Qeyd edək ki hadisə bu ilin aprelində paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, araşdırma zamanı 2003-cü il təvəllüdlü Səbuhi Qürbətovun Xətai rayonu, Xudu Məmmədov küçəsi ərazisində tanışı Elnarə Cabbarovaya bıçaqla xəsarət yetirərək qəsdən öldürməsi, daha sonra isə özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Səbuhi Qürbətov saxlanılaraq polis müşayiəti altında xəstəxanada ona tibbi yardım göstərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər