Füzuli Rayon Mərkəzi Xəstəxanası cərimələnə bilər


  • 11 Sentyabr 17:46

"Füzuli Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, xəstəxana barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elmir İsmayılovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, bu xətaya görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər