"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi


  • 1 Oktyabr 11:47

Sabiq sığorta direktoru Elmar Qasımovun cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi keçirilən iclasda Nizami rayon Dövlət Sığorta Agentliyinin keçmiş rəhbərinin cinayət işi üzrə şahid qismində Mədinə Murquzova ifadə verib.

"Mən əvvəl Nizami rayon Dövlət Sığorta Agentliyində mütəxəssis kimi işləmişəm. Hazırda Paşa Sığortada işləyirəm. İşim icbari sığortaları sistemə salmaq olub. Müştərilərə kod verirdik, onlar gedib ödəniş edirdilər. İşin maliyyə hissəsindən məlumatım olmayıb. Ən çox Kəmalə Haqverdiyeva adlı sığorta agenti müqavilə bağlayırdı, ən çox maaş alanda o idi agentlər arasında. Elmar Qasımovun qohumu kimi tanıyırdıq. Gülayə və Kəmalə adlı şəxslər rəsmi agentlər idi. Maaşa gəldikdə isə bizim aylarla maaşımız gecikib. Səbəb kimi göstəriblər ki, baş ofis maaşları köçürmür. Anar Quliyev adlı iş yoldaşımızın Əmək Müfəttişliyinə şikayətindən sonra işçilərin maaşları köçürülüb. Mənim Elmar Qasımovun ofisin icarə xərci adı ilə pul köçürməsindən xəbərim olmayıb. Ketrinq xidmətlərinə qaldıqda isə, mən o xidmətdən yararlanmamışam. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm".

Sonra şahid qismində Bəhlul Ramazanov soyadlı şahid ifadə verib: "Mən Elmarı tanımıram. Mənim Sumqayıtda olan obyektimi ofis kimi ayda 1000 manat icarəyə vermişdim sığorta şirkətinə. Hər bir avadanlıqları var idi".

Məlum olub ki, şahidin ibtidai istintaqla məhkəmə də verdiyi ifadəsində ziddiyət olduğu üçün Bəhlulun ilkin ifadəsi elan olunub. Məlum olub ki, Bəhlulun icarəyə verdiyi, həyat yoldaşının adına olan ofisi 1000 yox, 3000 manata icarəyə verib. 9 min manat ümumi icarə haqqı isə köçürülüb oğlum Rəşad Ramazanovun bank kartına. Biz sığorta şirkətindən ayda 1000 manatı zorla icarə haqqı alırdıq.

Şahid qismində ifadə verən İbrahim Ələmov Şığorta şirkətində sığorta agenti kimi fəaliyyət göstərdiyini bildirdi: "Mən Sumqayıtda olan ofisdə işləyirdim. Ayda ofis üçün 1000 manat icarə haqqı verirdik. Elmarın mənə 10 min manat komisyon haqqı verəcəyi var idi. Elmar 6 mini mənim ofis üçün icarə haqqı köçürdü, qalanını özümə verdi".

Məhkəmənin növbəti gedişində şahid qismində Xəyal Quliyev ifadə verərək söylədi ki, 2018-ci ilin sentyabr ayından Nizami rayon filialında direktor müavini işləmişəm: "Səhər gəlirdik, ərazidə iş nömrəsi olurdu, onlarda müştəriyə kod təqdim edirdilər və milion aparatı vasitəsilə ödənişlər edirdilər. Elmar Qasımova gəldikdə isə, mənə qarşı çox haqsızlıq edirdi, aylarla maaşımı vermirdi. Ancaq baş mühasiblə işləyirdi. 800 sığorta müqaviləsinə görə 167 min manat pul köçürülmüşdü. Kəmalə Haqverdiyeva isə Elmar Qasımovun həyat yoldaşı olub".

Hakim Rasim Sadıxov sığorta şirkətinin əməkdaşları olan Quliyev Anar Şakir oğlu və digər 3 nəfərin məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul etdi.

Məhkəmə prosesi 22 oktyabr tarixinə kimi təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslə bağlı həbslə olmayan qətimkan tədbiri seçilib. İttihama görə, təqsirləndirilən şəxs Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Siğorta Agentliyinə ümumilikdə 212 min manat maddi ziyan vurub. E.Qasımov iş üzrə özünü təqsirli bilmədiyini deyib. Daha sonra Dövlət Siğorta Agentliyi nümayəndəsi təqsirləndirilən şəxsə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb. Qeyd olunub ki, mülki iddianın 212 min manatı dəymiş ziyan, qalan hissəsi isə cinayət tərkibi olmayan dəymiş ziyandır.

Elmar Vaqif oğlu Qasımova Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər