Bakıda sıxlıq müşahidə olunan yolların siyahısı açıqlandı


  • 24 May 2022 14:06

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

E-huquq.az Mərkəzin məlumatını təqdim edir:

1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

2. Üzeyir Hacıbəyli küçəsində, Cavanşir körpüsünün üzərindən, Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində sıxlıq müşahidə olunur.

3. 28 May küçəsinin, Fikrət Əmirov küçəsi ilə kəsişmədən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər,Bülbül prospekti istiqamətində sıxlıq müşahidə olunur.

4. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində və Xan Şuşinski küçəsi ilə kəsişmədən başlayaraq, Novruzov qardaşları küçəsi ilə kəsişməyə qədər, Tbilisi prospekti istiqamətində sıxlıq müşahidə olunur.

5. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Səməd Vurğun küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

6. Abbasqulu ağa Bakıxanov küçəsində, Murtuza Muxtarov küçəsi ilə kəsişmədən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq müşahidə olunur.

7. Koroğlu Rəhimov küçəsində, Gülarə Qədirbəyova küçəsi istiqamətində sıxlıq müşahidə olunur.

Oxşar xəbərlər