Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı


  • 25 Yanvar 2023 21:28

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 42 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan e-huquq.az-a verilən məlumata görə, son sutkada COVID-19-dan 2 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 827 780 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 459 nəfər müalicə olunaraq sağalıb, hazırda 244 aktiv xəstə var. Bu günə qədər 10 077 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 294, bu günə qədər isə ümumilikdə 7 477 729 test icra olunub.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu
  • 22 Aprel 12:28
Sabahın hava proqnozu