- 15:46
Sabah Bakının Nəsimi rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
E-huquq.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, “Alatava” qaz paylayıcı stansiyasında (QPS) yeni quraşdırılmış kollektora “Mikrorayon 500 mm-lik” əhali qaz kəmərinin birləşdirilməsi məqsədi ilə avqustun 16-da saat 09:30-dan işlər yekunlaşanadək “Mikrorayon” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Nəsimi rayonunun 20 Yanvar, Asəf Məhərrəmov, Mircəlal, Eldar Tağızadə küçələrinin və Moskva prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.