BDYPİ-nin mərkəzi informasiya sistemi haqqında Əsasnamə hazırlanacaq


  • 12 Aprel 2021 19:04

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə hazırlanacaq.

E-huquq.az-ın məlunmatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti İnzibati Xətalar Məcəlləsinin 45 – 47, 122.1 və 125-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Oxşar xəbərlər