- 14:10
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində latviyalı həmkarı Krisjanis Karins ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə C.Bayramov "X" hesabında məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Latviya arasında ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən Azərbaycanın sülh və antiterror tədbirlərindən sonra reinteqrasiya ilə bağlı növbəti addımları müzakirə edilib.