- 5 İyun 23:03
Rusiyanını Bryansk vilayətində körpüdə törədilən terror aktı qurbanlarının sayı yenidən artıb.
E-huquq.az “Lenta.ru”ya istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanların sayı 118 nəfərə çatıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xatırladaq ki, iyunun 1-də Rusiyanın müxtəlif regionlarında bir sıra təxribat aktları törədilib. Bryansk və Kursk vilayətlərində naməlum şəxslər üç körpünü partladıb, onlardan biri Klimovodan Moskvaya gedən sərnişin qatarına düşüb. Hadisə 7 nəfərin həyatına son qoyub.
Humay Eminqızı