Rusiya XİN: "Türkiyə və Ermənistan nümayəndələri konstruktiv dialoq aparmağa razılaşıblar"


  • 14 Yanvar 2022 21:23

“Türkiyə və Ermənistanın danışıqlar üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan apardıqları danışıqlardan sonra ortaq nöqtələri müəyyən etmək üçün konstruktiv və qeyri-siyasi şəkildə dialoq aparmağa razılaşıblar”.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İki ölkə xalqlarının rifahı, regionun sabitliyi və iqtisadi çiçəklənməsi naminə təmas nöqtələrin arayışının davam etdirilməsi razılaşdırılıb”, - nazirlik bildirib.

Qeyd olunub ki, görüş Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenkonun vasitəçiliyi ilə baş tutub.

Oxşar xəbərlər