Moldovanın sabiq prezidenti İqor Dodon saxlanılıb


  • 24 May 2022 11:47

Moldovanın keçmiş prezidenti İqor Dodon Cinayət Məcəlləsinin dövlətə xəyanət də daxil olmaqla 4 maddəsi ilə açılmış cinayət işi çərçivəsində 72 saatlıq saxlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Moldova Baş Prokurorluğunun mətbuat katibi Marianna Kerpek jurnalistlərə bildirib.

“İstintaq tədbirləri davam etdirilir. Dodona məxsus evdə və bəzi yerlərdə axtarışlar aparılıb. O, 72 saatlıq saxlanılıb”, - Körpek bildirib.

Oxşar xəbərlər