Hulusi Akar “Pəncə-Kilid” əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçuların sayını açıqladı


  • 24 Yanvar 2023 16:42

İraqın şimalında həyata keçirilən “Pəncə-Kilid” əməliyyatı nəticəsində indiyədək 506 terrorçu zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, antiterror əməliyyatı nəticəsində 302 kilometrlik sərhəd ərazisi təhlükəsiz vəziyyətə gətirilib.

“Pəncə-Kilid” əməliyyatı müəyyən mərhələyə çatıb. Zap ərazisi əsasən terrorçulardan təmizlənib. İllərdir orada məskunlaşan terrorçuların mağaraları dağıdılıb. Əməliyyat çərçivəsində terrorçulara məxsus 600-ə yaxın sığınacaq, 2 mindən çox mina və əl istehsalı partlayıcı məhv edilib. 1174 silah və 533 275 sursat ələ keçirilib” , - deyə nazir qeyd edib.

Eltac Nurullazadə

Oxşar xəbərlər