Ukraynadan Polşaya gedən qaçqınların sayı 9,5 milyonu ötdü


  • 30 Yanvar 2023 14:40

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynadan Polşaya daxil olan qaçqınların sayı 9,5 milyonu ötüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin "Twitter" səhisədində bildirilib.

Məlumata görə, təkcə dünən Ukraynadan ölkəyə 22 min 700 nəfərin daxil olub: "Müharibə başlayandan bəri Ukraynadan Polşaya keçənlərin sayı 9 milyon 510 minə çatıb".

Həmçinin qeyd olunub ki, Polşanı tərk edən ukraynalıların ümumi sayının 7 milyon 660 min nəfərdir.

Eltac Nurullazadə

Oxşar xəbərlər