Türkiyədə ağır qəza, ölən və yaralananlar var


  • 2 İyun 2023 18:02

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Aksaray-Konya avtomobil yolunda yük maşını idarəetmədən çıxaraq qarşı zolağa keçib və 2 avtomobillə toqquşub.

Zərbənin gücündən hər iki maşın dərəyə yuvarlanıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Yaralılar Aksaray Tədris və Araşdırma Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər