İtaliyada mütəşəkkil cinayətkar qruplaşmasına qarşı əməliyyatda 52 nəfər saxlanılıb


  • 22 Sentyabr 16:18

İtaliyada "Ndrangheta" mütəşəkkil cinayətkar qruplaşmasına qarşı keçirilən əməliyyatda 52 nəfər saxlanılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Kalabriya bölgəsində "Karphantos" adlı əməliyyat keçirib.

Təxminən 400 təhlükəsizlik əməkdaşının iştirak etdiyi əməliyyatda 52 nəfər saxlanılıb.

Onlardan 38-i gətirildikləri məhkəmənin qərarı ilə həbs edilib, 6 nəfər ev dustaqlığına, 8 nəfər isə şərti azadlığa buraxılıb.

Saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə tələb etmə, soyğunçuluq və çirkli pulların yuyulmasında ittiham olunublar.

Qeyd edək ki, "Ndrangheta" İtaliyadakı ən təhlükəli mafiya qruplaşmalarından biri kimi tanınır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər