Yaponiyada zavodda güclü yanğın olub


  • 19 Fevral 19:36

Yaponiyanın Fukuoka əyalətində sənaye tullantılarının emalı zavodunda yanğın baş verib.

E-huquq.az xəbər verir ki, əyalətin Kitakyuşu şəhərində zavodda naməlum səbəbdən yanğın başlayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib.

Yanğınsöndürənlər 13 saat sonra yanğını söndürə bilib.

Yanğın nəticəsində zavodda xeyli miqdarda emal olunmamış metal və plastik material yanıb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər