Gəncədə binada partlayış olub


  • 9 Oktyabr 17:02

Gəncədə partlayış baş verib.

E-huquq.az-ın məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə bir nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əraziyə FHN əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Oxşar xəbərlər