Vəkil Elçin Qəmbərovun həbs səbəbi məlum oldu


  • 28 İyun 2022 17:00

Tanınmış vəkil Elçin Qəmbərovun həbsinin səbəbi məlum olub.

E-huquq.az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Elçin Qəmbərov vəkillik fəaliyyəti zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilir.

Səbail rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətin İstintaq orqanının vəsatəti əsasında Elçin Qəmbərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, E.Qəmbərov bir neçə il öncə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvlüyündən və “Mərkəz” Vəkil Bürosunun rəhbəri vəzifəsindən çıxıb.

Oxşar xəbərlər