Metroda balta ilə görüntülərini yayan şəxslə bağlı araşdırma başladı - VİDEO


  • 5 İyul 2022 14:45

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə metroda balta ilə görüntülərini yayaraq insanlara hədə-qorxu gələn şəxslə bağlı araşdırmalara başlayıb.

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məlumat verib.

"Metropolitendə bir nəfərin canlı yayım açaraq izləyicilərinə balta ilə gəzdiyini iddia edən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbir görülür. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə o bildirib.

Qeyd edək ki, görüntülərdə adı açıqlanmayan şəxs metroya balta ilə girdiyini və qarşısına çıxan cinsi azlıqları baltalayaraq öldürəcəyini deyib.

Oxşar xəbərlər