Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanıldı


  • 3 Mart 20:05

Samuxda qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt polis məntəqəsinin əməkdaşlarının Mingəçevir su anbarında keçirdikləri növbəti monitorinqlər nəticəsində Samux rayonunun Qırmızı Samux kəndi ərazisində qeyri-qanuni balıq ovu ilə məşğul olan T.Atakişiyev saxlanılıb.

Yoxlama zamanı ondan bir ədəd rezin qayıq, iki ədəd avar, sintetik tor, bir ədəd “domça” adlandırılan balıqovlama vasitəsi, ovladığı “Şəhmayi” balıqları və digər əşyalar götürülərək protokollaşdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər