FHN əməkdaşları istirahət mərkəzində dərəyə yıxılan 14 yaşlı yeniyetməni xilas edib - FOTO - VİDEO


  • 16 İyun 20:30

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lənkəran-Lerik yolunun 23-cü kilometrliyində yerləşən istirahət mərkəzinin ərazisində yeniyetmənin dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 2010-cu il təvəllüdlü Ş.Məmmədlinin istirahət mərkəzinin ərazisində yıxılaraq dərəyə düşdüyü və ağacdan asılı vəziyyətdə qaldığı müəyyən edilib.

Xilasedicilər tərəfindən xüsusi alpinist ləvazimatlarının köməyi ilə yeniyetmə dərədən çıxarılaraq ailəsinə təhvil verilib.

Oxşar xəbərlər