DİM hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlərə müraciət etdi


  • 25 May 2022 13:33

Dövlət İmtahan Mərkəzi (DİM) hakim vəzifəsinə qəbul olmaq üçün imtahan vermək istəyən namizədlərə müraciət edib.

Mərkəzdən e-huquq.az-a bildirilib ki, hakim vəzifəsinə qəbul olmaq üçün Hakimlərin Seçki Komitəsi tərəfindən qeydiyyata alınmış namizədlər mayın 25-dən iyunun 7-dək aşağıda verilmiş keçiddən istifadə etməklə imtahanda iştirak haqqını ödəyərək “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər:

https://exidmet.dim.gov.az/elimt/HakimTest

Test imtahanı iyunun 8-də kompüter vasitəsilə elektron qaydada DİM-in Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 (8 Noyabr metrostansiyasının yanı) ünvanında yerləşən binasında keçiriləcək.

Oxşar xəbərlər