- 2 İyun 19:02
Avqustun 19-da Məhkəmə-Hüquq Şurası tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların qəbulu keçiriləcək.
E-huquq.az xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
Bildirilib ki, qəbul saat 10:00-da başlayacaq.
"Vətəndaşlar qəbula Bakı Ağır Cinayətlər Məhkəməsində, eləcə də Məhkəmə-Hüquq Şurasının (012) 510-19-07, (012) 510-82-96 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər", - deyə məlumatda qeyd olunub.