Məhkəmə Əvəz Zeynallını ev dustaqlığına buraxmadı


  • 26 Sentyabr 2022 16:22

Bakı Apellyasiya Məhkəməsində "Xural" TV-nin həbsdə olan rəhbəri Əvəz Zeynallı barəsində Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərarından verilən şikayətə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Ə.Zeynallının şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovdan 20 min manat rüşvət almaqda təqsirləndirilərək barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilib. Ə.Zeynallı barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə Binəqədi rayon məhkəməsinə müraciət etsə də, məhkəmə vəsatəti təmin etməmişdi. Bundan narazı qalan jurnalist qərardan apellyasiya şikayəti vermişdi.

Oxşar xəbərlər