DTX Naxçıvanda həbslərə başladı - inanılmaz rəqəmlər


  • 25 Noyabr 2022 10:17

Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətə baxıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, vəsatət təmin edilib və M.Əsgərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

İttihama görə, cinayət işi üzrə araşdırmalar Komitədə “xüsusilə külli miqdarda” mənimsəmənin üstünü açıb. Belə ki, Mənsur Əsgərov qabaqcadan əlbir olan bir qrup şəxs halında 132 milyon manat məbləğində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

İttihamın mahiyyətindən görünür ki, Komitənin vəzifəli şəxsləri dövlət gömrük rüsumlarının rəsmiləşdirildiyi ümumi elektron sistemdən əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.

Cinayət işinin gedişatı barədə əlavə xüsusatlar dəqiqləşdirilir.

Oxşar xəbərlər