- 8 Dekabr 18:09
İmişlidə azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rabil Şirinovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
İş hakim Telman Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 11-də keçiriləcək.
Qeyd edək ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Rabil Şirinov idarə etdiyi motosikletlə 2019-cu il təvəllüdlü Ağacanlı Uğur Namiq oğlunu vurub. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə