Məhkəmə 3 il əvvəl quldurluq etməkdə təqsirləndirilən şəxslə bağlı qərar verəcək


  • 7 Dekabr 2023 17:11

Masallıda quldurluq etməkdə təqsirləndirilən Ağali Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, A.Ağayev 2020-ci ilin may ayının 26-da gecə saatlarında tamah niyyəti və özgə əmlakını ələ keçirmək məqsədilə Masallı rayonunun Qəriblər kəndindəki yaşayış evlərindən birinə daxil olaraq ev sahibinə dəmir linglə müxtəlif bədən xəsarətləri yetirərək oradan uzaqlaşıb. Ona qarşı Cinayət Məcəlləsinin 181.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər