Abşeronda 2 nəfərin bıçaqlandığı cinayət işi ilə bağlı istintaq başa çatdı


  • 9 Aprel 17:49

Abşeronda adam bıçaqlamaqda təqsirləndirilən Fərid Allahverdi və Eşqin Allahverdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Nahid Mirzəyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Fərid Allahverdi və Eşqin Allahverdi Abşeron rayon, Masazır qəsəbəsində yerləşən Zəngilan məcburi köçkünlər şəhərciyində 2000-ci il təvəllüdlü Rzaqulu Allahquluyev və 2002-ci il təvəllüdlü Zamin Əsgərzadəni bıçaqlamaqda təqsirli bilinirlər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər