Bakıda kafedə adam bıçaqlamaqda təqsirləndirilən şəxsin istintaqı başa çatdı


  • 9 Aprel 18:29

Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Tahir Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 22-nə təyin olunub.

Qeyd edək ki, Tahir Qarayev kafedə aralarında yaranmış şəxsi münasibətlər zəminində Elşad Rəfiyevə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər