Yasamalda oğurluq etməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır


  • 22 Aprel 18:54

Bakıda oğurluq etməkdə təqsirləndirilən Şəmsi Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirliəcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Şəmsi Məmmədov müxtəlif vaxtlarda paytaxtın Yasamal rayonu ərazisində 3 nəfərin ümumilikdə 1400 manat və 200 ABŞ dolları pul, sənəd və bank kartı olan pulqabılarını, 3 nəfərin isə mobil telefonlarını oğurlamaqda təqsirləndirilir. O, Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Şəmsi Məmmədova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər