"Azpul" BOKT cərimə oluna bilər


  • 10 İyul 13:52

"Azpul" Bank Olmayan Kredit Təşkilatı MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci (maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin baxış iclası iyulun 18-də keçiriləcək.

Protokol təsdiq olunarsa, MMC iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilə bilər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər