"Zeytun Pharmaceuticals" 2 min manatadək cərimələn bilər


  • 16 İyul 2024 17:00

"Zeytun Pharmaceuticals" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az xəbər verir ki, apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, MMC min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin baxış iclası iyulun 25-nə təyin olunub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər